Nasim Abışov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru vəzifəsinə təyin olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova əmr imzalayıb.
N.Abışov bu təyinatadək İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyin direktoru vəzifəsində çalışıb.