Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Prezident yeni Dövlət Proqramını təsdiqlədi

2 dəq
Paylaş:
Prezident yeni Dövlət Proqramını təsdiqlədi

Azərbaycanda maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyev bununla bağlı imzalayıb.

Sərəncamla Mərkəzi Dövlət Proqramında nəzərdə tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, görülən işlər, o cümlədən nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Prezidentinə məlumat vermək tövsiyə edilib.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Mərkəzi Bankın sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Maliyyə Nazirliyi Mərkəzi Bankla birlikdə Dövlət Proqramında dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuş tədbirlərin icrası üçün tələb olunan vəsaitin dövlət büdcəsinin 2027-2030-cu illər üzrə proqnozlarında nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər görəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax