Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İranın zərbələri Yaxın Şərqdə ABŞ bazalarına ciddi ziyan vurub

3 dəq
Paylaş:
İranın zərbələri Yaxın Şərqdə ABŞ bazalarına ciddi ziyan vurub

Peyk görüntülərinin təhlilinə istinadən ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinin İran tərəfindən həyata keçirilən nəticəsində ciddi zərər gördüyü iddia olunur.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə BBC-nin yaydığı araşdırma materialında qeyd edilib.

Məlumata görə, 28 fevralda ABŞ–İsrail hərbi əməliyyatlarının başlamasından sonra İran Yaxın Şərqdə 20 ABŞ hərbi bazası və obyektinə əhəmiyyətli ziyan vurub. Analizlərə əsasən, bu rəqəm əvvəlki qiymətləndirmələrdən xeyli yüksəkdir.

Təhlillərdə bildirilir ki, fevralın sonundan etibarən İran , Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, İraq, İordaniya, Bəhreyn və Oman da daxil olmaqla regionun səkkiz ölkəsində yerləşən əsas hərbi hədəflərə zərbələr endirib.

BBC qeyd edir ki, hücumlar nəticəsində xüsusilə hava hücumundan müdafiə sistemləri, radarlar, peyk rabitə infrastrukturuna və silah anbarlarına ciddi ziyan dəyib. Lakin zərərin ümumi miqyasının dəqiq qiymətləndirilməsinin çətin olduğu vurğulanır.

Pentaqonun açıqlamasına görə, “Epik Qəzəb” əməliyyatının ümumi dəyəri 29 milyard dollar təşkil edib. Bununla belə, ekspertlər bu rəqəmin real vəziyyəti tam əks etdirmədiyini və əsasən silahların bərpası və texniki xərcləri əhatə etdiyini bildirirlər.

Ağ Ev isə daha əvvəl İran ordusunun faktiki olaraq ciddi şəkildə zəiflədiyini iddia etsə də, analitiklər peyk görüntülərinin əks-hücumların daha geniş miqyaslı olduğunu göstərdiyini qeyd edirlər.

BBC mütəxəssislərinin fikrincə, zədələnmiş hərbi obyektlərin sayı 20-dən də çox ola bilər və bəzi qiymətləndirmələr bu rəqəmin 28-ə qədər yüksələ biləcəyini göstərir.

ABŞ isə məsələ ilə bağlı şərh verməkdən imtina edərək bunu “ təhlükəsizliyi ilə bağlı narahatlıqlar”la izah edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax