İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-ni və İsraili regionda atəşkəs rejiminə əməl etməməkdə ittiham edib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, Qalibaf bu barədə sosial şəbəkə platforması X-də paylaşım edib.
Onun sözlərinə görə, ABŞ-nin dəniz blokadası və İsrailin Livana yönəlik hücumları atəşkəs razılaşmasının pozulduğunu göstərir.
Qalibaf İsraili Livanda müharibə cinayətləri törətməkdə günahlandırıb və yaranmış vəziyyətə görə Vaşinqtonun məsuliyyət daşıdığını bildirib.
O paylaşımında qeyd edib: “Hər seçimin bir qiyməti var və hesablaşma vaxtı çatır. Hər şey öz yerini tapacaq”.
İran rəsmisinin açıqlaması bölgədə artan gərginlik fonunda tərəflər arasında siyasi və hərbi qarşılıqlı ittihamları daha da gücləndirib.