Operativ Məlumat Mərkəzi

Göyçayda çoban kanalda bataraq ölüb

1 dəq
Paylaş:
Göyçayda çoban kanalda bataraq ölüb
hadisə Yuxarı Şirvan Su Kanalının Hacalıkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Seyidov İlkin Bəhram oğlu çobanı olduğu fermanın...

Göyçay rayonunda çoban kanalda batıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Yuxarı Şirvan Su Kanalının Hacalıkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Seyidov İlkin Bəhram oğlu çobanı olduğu fermanın xırdabuynuzlu heyvanlarını otararkən kanalının üzərindən keçən borunun üstünə çıxıb. O, qarşı tərəfə keçmək istəyən zaman ayağı sürüşüb və kanala yıxılıb.

Nəticədə İlkin Seyidov suda boğulub. Onun meyiti kanaldan çıxardılıb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax