Əsas məzmuna keç

Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən şəxslərin məhkəməsi başlayıb - YENİLƏNİB

Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən şəxslərin məhkəməsi başlayıb - YENİLƏNİB

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib....

Dövlətə xəyanətdə Arif və Elnur Rəsulovun üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra hər iki şəxs Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə qısa müşavirədən sonra hər iki təqsirləndirilən şəxsin vəsatətini təmin edib.

Məhkəmənin hazırlıq iclası avqustun 16-na təyin edilib.

Hər iki qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə elan olunub.

09:51***

Dövlətə xəyanətdə təqsirləndirilən Arif Rəsulov və Elnur Rəsulovun cinayət işi üzrə məhkəməsi başlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının bu gün baş tutacağı gözlənilir.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…