Operativ Məlumat Mərkəzi

Azərbaycan əhalisinin sayı açıqlanıb - 15.08.2025

1 dəq
Paylaş:
Azərbaycan əhalisinin sayı açıqlanıb - 15.08.2025
bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini...

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 16 833 nəfər və ya 0,2 faiz artaraq 2025-ci il iyul ayının 1-i vəziyyətinə 10 milyon 241 min 722 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Bu ilin iyul ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23 faizi Bakı şəhərinin, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi ŞəkiZaqatala, 5,8 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,2 faizi Dağlıq Şirvan, 3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər