Argentinada güclü yağışların səbəb olduğu daşqınlar baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, daşqınlar nəticəsində 16 nəfər ölüb.
Evlərin və iş yerlərinin su altında qaldığı Bahia Blancada elektrik enerjisinin hələ də kəsildiyi və suların çəkilməsinin gözləndiyi bildirilib.
Bahia Blanca şəhərində təxliyə edilənlərin sayı 900-ü keçib.