Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Vahid Hacıyev: Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat qovşağına çevrilir

2 dəq
Paylaş:
Vahid Hacıyev: Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat qovşağına çevrilir

Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsini təmin etməyəcək, həm də Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini birləşdirən strateji bir qovşağa çevriləcək. Bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində məlumat verib.

Vahid Hacıyevin sözlərinə görə, işğaldan azad olunan ərazilərdə infrastruktur layihələri sürətlə icra olunur:

  • Avtomobil və dəmir yolu: Dəhlizin avtomobil yolu hissəsinin tikintisi yekunlaşmaq üzrədir, dəmir yolu xəttində isə işlər tamamlama mərhələsindədir.
  • Körpü layihəsi: Araz çayı üzərində Azərbaycan və İranı birləşdirəcək körpünün tikintisi başa çatmaqdadır.

Xüsusi nümayəndə qeyd edib ki, bu layihə regional və logistika inteqrasiyasının mühüm tərkib hissəsidir. Zəngəzur dəhlizinin reallaşması regionda dairəvi dəmir yolu şəbəkəsinin formalaşmasına şərait yaradacaq və Azərbaycanın illik yükdaşıma potensialını təxminən 50 milyon ton artıracaq.

Bundan əlavə, Zəngilan Hava Limanının fəaliyyəti yükdaşımaların çevikliyini və biznes üçün əlçatanlığı artırır. Vahid Hacıyev vurğulayıb ki, hələ tam istifadəyə verilməmişdən öncə belə, logistika və sənaye şirkətləri marşrutun strateji əhəmiyyətinə və yaratdığı iqtisadi imkanlara böyük maraq göstərirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax