Enerji təchizatının sabitliyinin qlobal miqyasda əhəmiyyətinin artdığı bir dövrdə Yaponiya və Azərbaycan arasında iqtisadi, xüsusilə də enerji sektorundakı tərəfdaşlıq daha çox aktuallıq kəsb edir. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu barədə ölkənin xarici işlər nazirinin parlament üzrə müavini Tomoaki Şimada Tokioda keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Tomoaki Şimada iki ölkə arasındakı münasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğulayaraq qeyd edib: "Mən qeyd etdim ki, biz ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə, o cümlədən dostluğun əsası kimi idman və mədəniyyət sahələrində mübadilələrə əsaslanaraq əlaqələrimizin genişlənməsinə töhfə vermək niyyətindəyik".