Qahirədə təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda “Münaqişədənsonrakı şəhərlərdə yenidənqurma: Humanitar mina fəaliyyətinin kritik rolu” adlı tədbir keçirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, müzakirələrin əsas mövzusu münaqişə sonrası şəhərlərin təhlükəsiz bərpası və davamlı inkişafı olub. Tədbirdə aşağıdakı istiqamətlər üzrə fikir mübadiləsi aparılıb:
- Humanitar mina təmizləmə fəaliyyətinin şəhərsalmada rolu;
- İnfrastrukturun inkişafı və təhlükəsizlik tədbirləri;
- İcmaların öz doğma yurdlarına təhlükəsiz geri qayıtması üçün atılan addımlar.