Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ANAMA WUF13 çərçivəsində minatəmizləmə və şəhərsalma proseslərini müzakirə edib

3 dəq
Paylaş:
ANAMA WUF13 çərçivəsində minatəmizləmə və şəhərsalma proseslərini müzakirə edib

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən “Postmünaqişə dövründə şəhərlərin yenidən qurulması: minatəmizləmənin mühüm rolu” mövzusunda xüsusi tədbir təşkil olunub.

Azərbaycan pavilyonunda baş tutan tədbir mina probleminin bərpa və yenidənqurma işlərinə təsirini ictimaiyyətin diqqətinə çatdırmaq, habelə bu sahədə qlobal imkanlarını müzakirə etmək məqsədi daşıyıb. Görüşdə dövlət qurumlarının və təşkilatların nümayəndələri iştirak ediblər.

ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxışında minatəmizləmənin sadəcə humanitar fəaliyyət deyil, həm də bərpa proseslərinin təməli olduğunu vurğulayıb. O qeyd edib ki, yaşayış evlərinin inşası, infrastrukturun bərpası və iqtisadi fəaliyyətin canlandırılması üçün ərazilərin minalardan təmizlənməsi zəruri şərtdir. V.Süleymanovun sözlərinə görə, Böyük Qayıdış proqramı çərçivəsində minatəmizləmə işləri şəhərsalma və inkişaf strategiyalarına tam inteqrasiya olunub.

Tədbirdə mina təhlükəsinin qlobal miqyasda inkişafı ləngitdiyi qeyd olunaraq, problemin həlli üçün beynəlxalq dəstəyin, innovativ yanaşmaların və təcrübə mübadiləsinin vacibliyi diqqətə çatdırılıb.

ANAMA yanında İctimai Şuranın sədr müavini Emil Həsənovun moderatorluğu ilə keçirilən panel müzakirələrində aşağıdakı şəxslər iştirak ediblər:

  • Samir Poladov – ANAMA-nın İdarə Heyəti sədrinin müavini
  • Mariyana Kuyundziç – Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir
  • Rodrigo Labardini – ADA Universitetinin professoru, Meksikanın Azərbaycandakı keçmiş səfiri
  • Ramil Cahangirov – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri

Müzakirələr zamanı münaqişədən sonrakı dövrdə təhlükəsiz və inklüziv şəhərlərin qurulmasında minatəmizləmənin strateji əhəmiyyəti, habelə bu istiqamətdə beynəlxalq əməkdaşlığın rolu geniş təhlil edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax