Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dövlət Təhlükəsizliyi Xidmətinin ekstradisiya etdiyi şəxsə hökm oxunub

2 dəq
Paylaş:
Dövlət Təhlükəsizliyi Xidmətinin ekstradisiya etdiyi şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 233-4.2.3 və 273.4-cü maddələri ilə ittiham olunan İmamverdiyev Etibar Oktay oğlunun üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaqla müəyyən edilib ki, Etibar İmamverdiyev transmilli şəbəkə vasitəsilə ərazisində qanunsuz telekommunikasiya xidmətləri təşkil edib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı araşdırmalar nəticəsində onun axtarışa verildiyi, xarici ölkədə saxlanıldığı və hüquqi prosedurlardan sonra Azərbaycana ekstradisiya olunduğu məlum olub.

İşin detallarına görə, E.İmamverdiyev digər şəxslərlə əlbir olaraq xüsusi avadanlıqlar vasitəsilə ölkənin telekommunikasiya şəbəkəsinə qanunsuz qoşulub. O, mobil operatorların SIM kartlarından istifadə edərək xaricdən daxil olan zəngləri internet üzərindən yerli şəbəkəyə yönləndirib və bu yolla dövlət nəzarətindən kənar rabitə xidməti yaradıb. Həmçinin, o, dövlət əhəmiyyətli infrastrukturun kompüter sisteminə müdaxilə edərək məlumatları dəyişdirib.

Məhkəmə iclasında qeyd olunub ki, təqsirləndirilən şəxsin əməlləri nəticəsində dövlət təhlükəsizliyinə təhdid yaranıb və Azərbaycan və Kommunikasiya Holdinqinin (AZCON) “AzInTelecom” şirkətinə külli miqdarda maddi ziyan vurulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax