Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

SEPAH ABŞ bazalarına PUA hücumu etdi

2 dəq
Paylaş:
SEPAH ABŞ bazalarına PUA hücumu etdi

-nin İordaniya və Bəhreyndəki bazaları İranın pilotsuz uçuş aparatlarının (PUA) hədəfinə çevrilib.

“Operativ Məlumat Mərkəzi-OMM” IRIB-yə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun () bəyanatında bildirilib.

"Dronlar vasitəsilə Bəhreyndəki "Şeyx İsa" bazasında ordusunun qüvvələrinə aid yanacaq çənləri, anbarlar və böyük avadanlıq anqarları ilə yanaşı, yerləşmə məntəqələrinə zərbələr endirilib", - SEPAH-dan vurğulanıb və əlavə edilib ki, Amerika ordusunun İordaniyadakı "Əl-Əzraq" bazası da PUA hücumuna məruz qalıb.

Sözügedən bazadakı aerodrom, təyyarələrin təmiri, texniki xidmət anqarı və yerləşmə məntəqələri vurulub: "İranın qanuni maraqlarına qarşı yönəlmiş istənilən addım regionun digər ölkələrinin də və iqtisadi üstünlüklərdən məhrum olması ilə nəticələnəcək".

Xatırladaq ki, İranın bəzi şəhərləri ABŞ-nin hava hücumuna məruz qalıb. ABŞ ordusunun Əhvaz şəhərinin ətraf ərazilərinə endirdiyi raket zərbəsi nəticəsində 4 nəfər həlak olub, 5 sakin yaralanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax