İspaniyanın paytaxtı Madrid və ətraf bölgələrdə davam edən meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
İspaniya Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, qərar meşə yanğınlarının yaratdığı ciddi təhlükə nəzərə alınaraq qəbul edilib.
Səlahiyyətli qurumlar yanğınların yaşayış məntəqələrinə yayılması və nəzarətdən çıxması ehtimalını nəzərə alaraq, profilaktik məqsədlə əhalinin təxliyəsini də qiymətləndirirlər.
Madrid regional administrasiyasının məlumatına əsasən, bölgədə vəziyyət hələ də kritik olaraq qalır.
Ərazidə baş verən üç iri meşə yanğını indiyədək tam nəzarət altına alınmayıb.