Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Şəkinin tarixi qoruğunda sakinlərin uçotu aparılır

2 dəq
Paylaş:
Şəkinin tarixi qoruğunda sakinlərin uçotu aparılır

Şəki şəhərinin hissəsində yaşayan sakinlərin uçotu həyata keçirilir. Bu barədə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə Şəki Dövlət Tarix- İdarəsinin direktoru Gülnarə Əliyeva məlumat verib.

Direktor bildirib ki, cari ilin aprel ayından etibarən " Baş" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qapı-qapı sorğu əsasında uçot işləri aparılır. Prosesin əsas məqsədi qoruq ərazisində yaşayan əhalinin sosial-iqtisadi və demoqrafik göstəricilərini müəyyənləşdirmək, habelə sakinlərin real ehtiyaclarını və sosial mühitini daha dərindən təhlil etməkdir.

Gülnarə Əliyeva, həmçinin "Yuxarı Baş" qoruğunda "İcma Mərkəzi"nin yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Yeni mərkəzin fəaliyyəti ilə bağlı aşağıdakı məqamlar vurğulanıb:

  • Yerli sakinlərin qoruq idarəçiliyinə daha aktiv cəlb edilməsi;
  • Sakinlərin təklif və rəylərinin dinlənilməsi üçün platforma rolunu oynaması;
  • Mədəni və sosial layihələrdə birgə iştirakın təmin olunması.

Qeyd olunub ki, yerli icma ilə sıx qoruğun davamlı inkişafı üçün əsas prioritetlərdən biri hesab edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax