Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Baş nazir Əli Əsədov Azərbaycanın yeni iqtisadi inkişaf prioritetlərini açıqlayıb

2 dəq
Paylaş:
Baş nazir Əli Əsədov Azərbaycanın yeni iqtisadi inkişaf prioritetlərini açıqlayıb

iqtisadiyyatın şaxələndirilməsi və davamlı artımın təmin edilməsi məqsədilə genişmiqyaslı islahatları və iqtisadi təşəbbüsləri sürətləndirib. Bu barədə Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı məlumat verib.

Baş nazir bildirib ki, Azərbaycan sənaye, kənd təsərrüfatı, -logistika və yüksək texnologiyalar sahələrində ardıcıl inkişaf nümayiş etdirir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi “yaşıl enerji”nin inkişafı xüsusi vurğulanıb. Bu sahədəki layihələr həm ekoloji dayanıqlığın artırılmasına, həm də ölkənin ixrac və investisiya potensialının genişləndirilməsinə xidmət edir.

Əli Əsədov Qarabağ bölgəsində aparılan bərpa-quruculuq işlərinə də toxunub:

  • “Yaşıl enerji zonaları”nın yaradılması;
  • Müasir infrastruktur və innovativ texnologiyaların tətbiqi;
  • “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması.

Baş nazirin sözlərinə görə, region artıq investisiya və iqtisadi fəallıq üçün mühüm məkana çevrilməkdədir. Eyni zamanda, Azərbaycanın Avropa ilə Asiya arasında etibarlı nəqliyyat-logistika qovşağı kimi mövqeyi dəhlizlərin inkişafı ilə daha da möhkəmlənir.

Çıxışda qeyd olunub ki, 2025-ci ilin dekabrında təsdiq edilmiş 2026–2029-cu illər üçün Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası texnoloji sektorun və rəqəmsal transformasiyanın sürətlənməsini hədəfləyir. Bu addımlar Azərbaycanın qeyri-neft sektorunun inkişafına və yeni iqtisadi modelin formalaşmasına mühüm töhfə verir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax