Azərbaycanda 28 May Müstəqillik Günü və Qurban bayramı ilə bağlı rəsmi tətil günləri başlayır. “Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, cari ildə Qurban bayramı 27 və 28 may tarixlərinə təsadüf edir.
Müstəqillik Gününün Qurban bayramı ilə üst-üstə düşməsi səbəbindən mayın 29-u da qeyri-iş günü hesab olunacaq. Həftəsonu günləri ilə birlikdə tətil cədvəli aşağıdakı kimidir:
- 27 may – Qurban bayramı
- 28 may – Qurban bayramı və Müstəqillik Günü
- 29 may – İstirahət günü
- 30 may – Şənbə
- 31 may – Bazar
Beləliklə, qeyd olunan tarixlərdə – 27, 28, 29, 30 və 31 may tarixlərində ölkədə ardıcıl 5 gün iş olmayacaq.