Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya 28 May - Müstəqillik Günü və Qurban bayramı münasibətilə təbrik məktubu göndərilməsini təklif edib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, spikerin bu təşəbbüsü deputatlar tərəfindən razılıqla qarşılanıb və alqışlanıb.