Malayziyanın Kralı Sultan İbrahim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda ölkəmizin müstəqilliyinin 108-ci ildönümü münasibətilə səmimi təbriklər və xoş arzular ifadə olunub.
Müraciətdə həmçinin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümünün qeyd edildiyi vurğulanıb. Kral Sultan İbrahim ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirərək, bu əməkdaşlığın xalqların rifahı naminə davam edəcəyinə əminliyini ifadə edib. Malayziyanın Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiq qaldığı qeyd olunub.
Sonda Kral Sultan İbrahim Prezident İlham Əliyevə möhkəm cansağlığı, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıb.