Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Böyük Britaniyanın yeni səfiri Dunkan Norman Azərbaycana gəlib

1 dəq
Paylaş:
Böyük Britaniyanın yeni səfiri Dunkan Norman Azərbaycana gəlib

Böyük Britaniyanın Azərbaycana təyin olunan yeni səfiri ölkəyə gəlib. bu barədə "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

Səfir paylaşımında qeyd edib: "Bundan əvvəl Azərbaycanda olmağıma , Böyük Britaniyanın yeni təyin səfiri kimi buraya gəlmək fərqli hissdir. Bu ölkənin mədəniyyətini və qonaqpərvərliyini hiss etmişəm. Ölkələrimizi artıq 30 ildən çoxdur ki, möhkəm dostluq və qarşılıqlı etimad bağları birləşdirir. İkitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyimiz dövrdə bu vəzifəyə başlamaqdan qürur və şərəf duyuram".

Xatırladaq ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldun diplomatik missiyası mayın 22-də yekunlaşıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax