İspaniya Kralı VI Felipe Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Dövlət başçısına ünvanlanan məktubda deyilir:
“Cənab Prezident,
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə İspaniya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Cənab Prezident, Sizə cansağlığı, sevimli Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzulayıram.
Dərin hörmət və ehtiramla”.