Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda Fransa dövlət başçısı Azərbaycan xalqına sülh və firavanlıq arzularını ifadə edib.
Emmanuel Makron ikitərəfli münasibətlərin inkişafı ilə bağlı fikirlərini bölüşərək qeyd edib:
"Cənab Prezident, əziz İlham. Fransa Respublikasının Prezidenti Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram."
Məktubda ötən il oktyabrın 2-də Kopenhagendə keçirilən görüş və bu il mayın 21-də baş tutan telefon danışığı xatırladılıb. Fransa Prezidenti regional məsələlər, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın potensialından tam istifadə etmək və münasibətləri normallaşdırmaq istiqamətində işləməyə davam etmək niyyətində olduğunu vurğulayıb. O, bu xüsusda 10 illiyini qeyd edən Fransız-Azərbaycan Universitetinin fəaliyyətini nümunəvi əməkdaşlıq kimi dəyərləndirib.
Məktubda həmçinin aşağıdakı məqamlara toxunulub:
- İkitərəfli münasibətlərdə yaranan çətinliklərin tərəfdaşlıq ruhunda aradan qaldırılması ümidi.
- Ermənistan və Azərbaycan arasında sülh prosesinin davam etdirilməsinə və başa çatdırılmasına Fransanın dəstəyinin ifadə olunması.
- Region xalqlarının rifahı naminə yeni səhifə açmaq çağırışı.