Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib. Məktubda Şansi əyalətindəki kömür mədənində baş verən və çoxsaylı insan tələfatı, habelə xəsarət alanlarla nəticələnən partlayış xəbərinin dərin kədər hissi ilə qarşılandığı bildirilir.
Dövlət başçısı faciə ilə bağlı öz adından və Azərbaycan xalqı adından başsağlığı verərək, həlak olanların ailələrinə və yaxınlarına, eləcə də dost Çin xalqına səbir diləyib. Məktubda, həmçinin xəsarət alanların tezliklə sağalması arzulanıb.