Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifə başsağlığı verib. Dövlət başçısı məktubunda ölkənin cənub-qərbində sərnişin qatarına qarşı törədilən xain terror hücumu nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbərinin onu dərindən kədərləndirdiyini bildirib.
Prezident İlham Əliyev terrorizmin bütün formalarını qətiyyətlə pislədiklərini vurğulayaraq, bu bəşəri bəlaya qarşı mübarizənin vacibliyini qeyd edib. Məktubda deyilir:
“Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. Allah rəhmət eləsin!”