Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Si Cinpin Azərbaycan Prezidentinə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib

2 dəq
Paylaş:
Si Cinpin Azərbaycan Prezidentinə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib

Çin Xalq Respublikasının Sədri Si Cinpin Respublikasının Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə göndərib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab , Sizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram".

Məktubda Çin və Azərbaycan arasında mövcud olan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinə toxunulub. Si Cinpin qeyd edib ki, rəhbərlik və planlaşdırma nəticəsində iki ölkə arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyub və müxtəlif sahələrdə uğurlu nəticələr göstərib.

Çin Sədri əlavə edib: "Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük önəm verirəm. İki ölkə xalqlarının rifahı naminə ikitərəfli əlaqələrin dinamikasını daha da gücləndirmək üçün Sizinlə birgə səylər göstərməyə hazıram".

Sonda Si Cinpin Azərbaycana tərəqqi və qüdrət, xalqına isə əmin-amanlıq və xoşbəxtlik arzulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax