Türkiyədə baş vermiş zəlzələlərdə 448 tibb işçisi həlak olub. "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TRT Haber Türkiyə səhiyyə naziri Fahrettin Kocaya istinadən xəbər yayıb. Nazir qeyd edib ki, 528 tibb işçisi isə yaralıdır.