Operativ Məlumat Mərkəzi

Türkiyə XİN başçısı Azərbaycana başsağlığı verib

2 dəq
Paylaş:
Türkiyə XİN başçısı Azərbaycana başsağlığı verib

Türkiyənin naziri Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib, yaralılara şəfa arzulayıb.

"Operativ Məlumat Mərkəzi -OMM" xəbər verir ki, M.Çavuşoğlu bununla bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

XİN başçısı İrandakı səfirliyə qınayıb, daim Azərbaycanın yanında olduqlarını bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax