Operativ Məlumat Mərkəzi

Tokayev Azərbaycan və Ermənistanın sülh prosesi üzrə atdığı addımları alqışlayıb

2 dəq
Paylaş:
Tokayev Azərbaycan və Ermənistanın sülh prosesi üzrə atdığı addımları alqışlayıb

və Ermənistanın arasında sülh müqaviləsinin imzalanmasına aparan qarşılıqlı addımlarını alqışlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB dövlət başçılarının dar tərkibdə Moskvada keçirilən sammitində deyib.

“Qazaxıstan Azərbaycan və Ermənistanın sülh müqaviləsinin bağlanmasına yönəlmiş qarşılıqlı addımlarını alqışlayır. Biz həmçinin Mərkəzi Asiya regionunda dövlətlərarası sərhədlərin müəyyən hissələrinin hüquqi qeydiyyatının başa çatdırılmasında əhəmiyyətli irəliləyişləri də məmnunluqla qeyd edirik”, - o bildirib.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın naziri son bir ildə birbaşa ikitərəfli danışıqlar yolu ilə normallaşma prosesində mühüm irəliləyişlər əldə etdiyini açıqlamışdı. Onun sözlərinə görə, Azərbaycan təkcə öz milli təhlükəsizliyi və rifahı üçün deyil, həm də bütün regionun daha yaxşı gələcəyi üçün güclü məsuliyyət hissi ilə bu prosesi irəli aparmağa davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax