Operativ Məlumat Mərkəzi

Tibb işçilərinin sertifikasiya imtahanlarının sualları dəyişəcək

2 dəq
Paylaş:
Tibb işçilərinin sertifikasiya imtahanlarının sualları dəyişəcək

“Sertifikasiya imtahanlarında dəyişiklik olacaq, təkmilləşmə aparılacaq”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova deyib.

O bildirib ki, sualların orta ağırlığına görə bölünməsi həyata keçiriləcək: “Sertifikasiya imtahanının qaydalarında da, test suallarının özündə də dəyişiklik olunacaq. Sualların yenilənməsi, onların mürəkkəblik dərəcəsinə görə sadə, orta və mürəkkəbə ayrılması nəzərdə tutulur. Ümumiyyətlə, sertifikasiya imtahanlarında təkmilləşmə olacaq".

Təranə Əhmədova əlavə edib ki, ballarının toplanması və hesablanmasına dair tələblər hazırlayır: "Kredit fəaliyyətləri, davamlı peşəkar inkişaf tədbirləri çox genişdir. Onlar imkan verəcək ki, tibb işçiləri yalnız təlimə getməklə yox, müxtəlif fəaliyyətlərlə öz elmi biliyini artırsın. Özəl və dövlət sektorunda fərq olmayacaq, bu qərarlar bütün tibb müəssisələrinə bu qərarlar şamil olunacaq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax