Operativ Məlumat Mərkəzi

Su hövzələrindən 685 metr uzunluğunda sintetik tor götürülüb

2 dəq
Paylaş:
Su hövzələrindən 685 metr uzunluğunda sintetik tor götürülüb

“Hövzələri torlardan birlikdə ” şüarı ilə start verilən aksiya çərçivəsində Dövlət Ekoloji Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Şəmkir və Mingəçevir su anbarlarından sintetik torların yığışdırılması həyata keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, aksiya zamanı sözügedən su hövzələrindən 685 metr uzunluğunda 10 ədəd sintetik tor götürülüb.

“Vətəndaşlarımızı “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyasında daha fəal iştirak etməyə, su hövzələrində rast gəldikləri sintetik torlar barədə Nazirliyin rəsmi hesablarına və teleqram qrupuna dəqiq koordinatları göstərilməklə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa ”, - məlumatda deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax