Əsas məzmuna keç

Serbiyanın sabiq xarici işlər naziri İlham Əliyevi təbrik edib

Serbiyanın sabiq xarici işlər naziri İlham Əliyevi təbrik edib

məktubda deyilir: "Zati-aliləri! Sizi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpa olunması münasibətilə təbrik edirəm. Mən etnik ermənilərin...

Serbiyanın sabiq naziri, BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri, Nizami Gəncəvi Mərkəzinin üzvü Vuk Yeremiçdən İlham Əliyevə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri!

Sizi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpa olunması münasibətilə təbrik edirəm.

Mən etnik ermənilərin ölkənizdə qalıb öz həyatlarına davam etmələri və ya ərazini sərbəst şəkildə tərk etmələri üçün lazımi şəraitin yaradılması ilə bağlı Azərbaycanın addımını alqışlayıram.

Həmçinin, mən Azərbaycanın Kosovo və Metoxiya məsələsində Serbiyaya göstərdiyi prinsipial və ardıcıl dəstəyə görə dərin minnətdarlığımı bildirirəm.

Sizə ilə sülh prosesini başa çatdırmaq üçün göstərdiyiniz səylərdə uğurlar arzulayıram.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…