Əsas məzmuna keç

Şagirdlərin elektron yerdəyişməsinə başlanılıb - 25.02.2025

Şagirdlərin elektron yerdəyişməsinə başlanılıb - 25.02.2025

yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I-X sinifləri əhatə edəcək. Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır. Eyni zamanda...

Bu gündən 2024/2025-ci ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsinə başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I-X sinifləri əhatə edəcək.

Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır.

Eyni zamanda bu gündən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX sinif üzrə yerdəyişmə prosesi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

Sy.edu.az sistemində sorğuların yerləşdirilməsi prosesində hər hansı üstünlük hüququ tətbiq edilmir. övladları üçün seçdikləri ümumi təhsil müəssisəsində tədris sinfinə uyğun boş yerlərə sorğu verə . Həmin müəssisədə boş yer olmadıqda valideynlər övladlarını növbəyə yaza bilərlər. Növbədə gözləyən şagirdlərdən bacı/qardaşı həmin müəssisədə təhsil alırsa, yaxud valideynlərindən biri həmin müəssisədə işləyirsə, qeyd edilən şagirdlərin növbəsi boş yer yarandıqda ilk öncə sorğuya keçir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…