Operativ Məlumat Mərkəzi

SABAH qruplarında ixtisas sahələri artırılacaq

2 dəq
Paylaş:
SABAH qruplarında ixtisas sahələri artırılacaq

Respublikasının 2022–2026-cı illərdə - Strategiyası”nda SABAH qruplarının və yeni məzmunlu təhsil proqramlarının genişləndirilməsi nəzərdə tutulub. Cari mərhələdə bu proqramlarda təhsil alan tələbələrin sayı 15 minə çatdırılması hədəflənir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli məlumat verib. O bildirib ki, yeni tədris ilindən etibarən tələbələr SABAH qruplarına birinci kursdan qəbul olunacaqlar: “Seçim isə akademik göstəricilər, Dövlət İmtahan Mərkəzinin nəticələri və müsahibə mərhələləri əsasında aparılacaq.

Bundan başqa, SABAH qrupları əvvəl yalnız texniki və texnoloji ixtisaslar üzrə proqramları əhatə edirdisə, indi digər sahələrini də əhatə edəcək.

Bu dəyişikliklər keyfiyyətli ali təhsilə əlçatanlığın artırılması və tələbələrin daha güclü bilik və bacarıqlarla əmək bazarına daxil olmasına xidmət edir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax