Operativ Məlumat Mərkəzi

Sabah Bakıda yağış yağacaq - 09.04.2025

2 dəq
Paylaş:
Sabah Bakıda yağış yağacaq - 09.04.2025

Apreli 10-u hava necə olacaq?

Aprelin 10-da açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakı və yarımadasında

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti, dağlarda gecə 4-9° isti, gündüz 9-14° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax