Operativ Məlumat Mərkəzi

Sabah Bakıda hava yağmursuz keçəcək - 11.04.2025

2 dəq
Paylaş:
Sabah Bakıda hava yağmursuz keçəcək - 11.04.2025

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-şərq axşam mülayim -qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz saatlarında əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax