Operativ Məlumat Mərkəzi

Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ dronu ilə toqquşub

2 dəq
Paylaş:
Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ dronu ilə toqquşub

qırıcı təyyarəsi Qara üzərində ABŞ-yə dronla toqquşub.

"Operativ Məlumat Mərkəzi-OMM" BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ ordusu məlumat yayıb.

Bildirilib ki, Rusiyaya məxsus iki qırıcı təyyarə hava məkanında gündəlik missiyasında olan ABŞ dronunun qarşısını kəsməyə çalışıb.

ABŞ-nin Avropa komandanlığının mməlumatında bildirilib ki, “rusların təhlükəli və qeyri-peşəkar davranışları” dronla qırıcı təyyarələrdən birinin toqquşmasına səbəb olub.

Məlumatda qeyd olunub ki, ABŞ və müttəfiqləri sözügedən ərazidə əməliyyatlarına davam edəcək.

Pentaqon rəsmisi “Fox News”a açıqlamasında faktı təsdiqləyib.

O, bildirib ki, ABŞ-yə məxsus “MQ-9 Reaper” dronu Qara dəniz üzərində beynəlxalq hava məkanında və beynəlxalq sular üzərində missiyasını yerinə yetirərkən Rusiyaya məxsus Su-27 təyyarəsi ilə toqquşub.

Rəsminin sözlərinə görə, dron Krım yaxınlığında Qara dənizə düşüb.

İnsidentdə iştirak edən qırıcı təyyarənin isə Krıma doğru hərəkət daha sonra orada eniş etdiyi bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax