Operativ Məlumat Mərkəzi

Rusiya-İran-Çin birgə hərbi təlimləri başa çatıb

2 dəq
Paylaş:
Rusiya-İran-Çin birgə hərbi təlimləri başa çatıb

Rusiya, İran və Çin Oman körfəzində birgə hərbi təlimləri başa çatdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat yayıb.

Məlumata əsasən, İran, Çin və Rusiya Hərbi Dəniz Qüvvələri gəmilərinin iştirakı ilə Oman körfəzində keçirilən təlimin praktiki hissəsi başa çatıb.

“Dəniz kəməri 2024” adı altında keçirilən birgə dəniz təliminin praktik hissəsinin tapşırıqlarını uğurla yerinə yetirilib. Təlimin nəticələrinə bu gün yekun vurulacaq, İran, Çin, Rusiya, o cümlədən müşahidəçi ölkələr - Pakistan, Qazaxıstan, , Oman, Hindistan hərbçilərinin iştirakı ilə bağlanış mərasimi təşkil ediləcək.

Qeyd edək ki, Oman körfəzində iki günlük hərbi təlimlər keçirilib, rus dənizçiləri İran və Çin donanmalarından olan həmkarları ilə birgə manevr və kommunikasiya təlimləri keçirib.

Təlimlərə Rusiya, İran və Çin Hərbi Dəniz Qüvvələrinin 20-dən çox gəmisi, yardımçı gəmiləri və döyüş katerləri cəlb olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax