Əsas məzmuna keç

Reabilitasiya mərkəzində xəstələrə əzab verməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Reabilitasiya mərkəzində xəstələrə əzab verməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, F.Əliyev 6 il müddətinə...

"Nyu " Reabilitasiya Mərkəzində narkomaniyadan əziyyət çəkən şəxslərə verməkdə mərkəzin məsləhətçisi Fərhad Əliyevə oxunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, F. 6 il müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, "Nyu Layf” Novxanı qəsəbəsində fəaliyyət göstərib.

İttihama görə, F.Əliyev mərkəzin rəhbəri Orucəli Heydərov, Mərkəzin işçiləri - Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov ilə cinayət əlaqəsinə girib. Onlar mərkəzdə müalicə alan narkotik vasitələrin aludəçisi olmuş şəxslər – Hüseyn Məmmədov, Cahangir Əliyev, Kamran Əliyevə işgəncə veriblər.

Onlar narkomaniyadan əziyyət çəkən bu şəxsləri adam oğurluğu olmadan girov saxlayıblar, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Baş verən hadisələr nəticəsində həmin şəxslərdən biri - H.Məmmədovun ölümünə səbəb olublar.

Cinayət işinin materiallarında göstərilib ki, “Nyu Layf” Reabilitasiya Mərkəzində müalicə kursu keçən onlarla pasiyentin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…