Operativ Məlumat Mərkəzi

Prezident qəbul keçirdi - FOTOLAR - YENİLƏNİB - 02.06.2025

3 dəq
Paylaş:
Prezident qəbul keçirdi - FOTOLAR - YENİLƏNİB - 02.06.2025

Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Krallığının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədri Əbunəyyanı qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlığın bir çox sahələrdə, o cümlədən enerji və bərpaolunan enerji sahələrində inkişafından məmnunluq bildirildi.

Ölkəmizlə “ACWA Power” şirkəti arasında uğurlu layihələrin həyata keçirildiyi vurğulandı. Bu şirkətin Qafqaz regionunun ən böyük külək elektrik stansiyası olacaq Xızı- külək elektrik stansiyası layihəsini inkişaf etdirməsinin əhəmiyyətinə toxunuldu.

Vurğulandı ki, “ACWA Power” ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması üzrə tenderin qalibi olub və hökumətlə müqavilə şərtlərinin razılaşdırılmasının son mərhələsidir. Qısa müddət ərzində son müqavilə sənədlərinin imzalanması və suyun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılması ilə bağlı hazırlıq işləri barədə fikir mübadiləsi aparıldı.

Qonaq Xəzər Neft və Qaz Sərgisi, həmçinin Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin yüksək səviyyədə keçirilməsi ilə bağlı təbriklərini çatdırdı.

Məhəmməd Əbunəyyan Azərbaycan Prezidentinin və Səudiyyə Ərəbistanı Kralının dünyada baş verən hadisələrlə bağlı böyük liderlik nümunəsi göstərdiklərini dedi. O, Səudiyyə Ərəbistanı Krallığından ölkəmizə yatırılan investisiyalara dövlətimizin başçısı tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədri Məhəmməd Əbunəyyanı qəbul edib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr