Operativ Məlumat Mərkəzi

Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan ölkəyə geri qayıdıb

2 dəq
Paylaş:
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan ölkəyə geri qayıdıb

İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan ölkəyə geri qayıdıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Xidməti məlumat yayıb:

"Bu gün Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən İlham Əliyevə Rusiya hava məkanında baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dərhal geri dönmək barədə tapşırıq verib".

Qeyd olunub ki, təyyarədə olarkən dövlət başçısı tərəfindən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımı tapşırıqlar verib.

"Baş vermiş təyyarə qəzası ilə əlaqədar məsələlər dövlət başçısının nəzarəti altındadır", - məlumatda deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax