Operativ Məlumat Mərkəzi

Prezident: “İƏT Azərbaycanın haqq işini, ərazi bütövlüyünü daim və ardıcıl surətdə dəstəkləyib”

2 dəq
Paylaş:
Prezident: “İƏT Azərbaycanın haqq işini, ərazi bütövlüyünü daim və ardıcıl surətdə dəstəkləyib”

"İslam Təşkilatı (İƏT) Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzünü və işğalçı siyasətini hər zaman pisləmiş, həm İkinci müharibəsi zamanı, həm də postmüharibə dövründə Azərbaycanın haqq işini, bütövlüyünü daim və ardıcıl surətdə dəstəkləmişdir. Buna görə İƏT-ə üzv dövlətlərə minnətdarlığımızı bildiririk".

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu fikirlər Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının iştirakçılarına ünvanladığı müraciətində əksini tapıb.

"Təəssüflər olsun ki, işğal illərində şəhər və kəndlərimiz tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, mədəni və dini abidələrimiz məhv edilmişdir. Bundan başqa, Ermənistan işğal altında saxladığı ərazilərimizdə ilkin qiymətlədirmələrə görə 1 milyona yaxın mina basdırmış, burada urbisid, kultursid və ekosid törətmişdir. Xalqımızın mədəni irsinə qarşı soyqırımı törətmiş ermənilər məscidlərimizi yerlə-yeksan edərək yalnız bizim deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir etmişlər. İƏT əvvəllər işğal altında olmuş ərazilərimizdə İslam tarixi və mədəni abidələrinin, ziyarətgahların Ermənistan tərəfindən dağıdılmasını və talan olunmasını qəti şəkildə pisləmiş, məscidlərin təhqir olunmasını hiddətlə qınamışdır", - dövlət başçısının müraciətində qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax