Operativ Məlumat Mərkəzi

Prezident: Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib

2 dəq
Paylaş:
Prezident: Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib

Əgər dünya iqtisadiyyatının artım templərinə və etmiş ölkələrin inkişafına, yaxud da tənəzzülə nəzər salsaq görərik ki, iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.

Bu göstəricilərin, sadəcə olaraq, keçən ilin məhsulu olmadığını vurğulayan dövlətimizin başçısı deyib: “Uzun illər aparılan iqtisadi islahatlar, , inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Yəni, onlar da reallıqları inkar edə bilməzlər. Halbuki mən hesab edirəm ki, bizim beynəlxalq reytinqimiz indikindən daha yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı reytinq agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər. Yəni, bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr