Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Polşa və Baltik ölkələri ABŞ bombardmançılarını qəbul etməyə hazırdır

2 dəq
Paylaş:
Polşa və Baltik ölkələri ABŞ bombardmançılarını qəbul etməyə hazırdır

ABŞ-nin Avropada nüvə silahlarının yerləşdirilməsi imkanlarını genişləndirmək üçün müttəfiqləri ilə apardığı bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə " " qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Vaşinqton Avropadakı tərəfdaşlarını qitənin təhlükəsizliyinə sadiq qaldığına inandırmağa çalışır. Bu məqsədlə ABŞ-nin Avropada nüvə bombardmançı təyyarələrinin yerləşdirildiyi ərazilərin genişləndirilməsi müzakirə olunur.

Məlumata görə, Amerika rəsmiləri mövcud bazaların sayının artırılması və daha çox ölkənin bu prosesə cəlb olunması variantlarını nəzərdən keçirirlər.

"Financial Times"a danışan mənbələrin sözlərinə görə, bu qərar gələcəkdə əlavə Avropa ölkələrinin öz ərazilərində nüvə zərbələri endirmək imkanına malik ABŞ təyyarələrini qəbul etməsinə şərait yarada bilər.

Qeyd olunur ki, və Baltikyanı ölkələr artıq Vaşinqtonun təşəbbüsünə müsbət yanaşıblar. Həmin ölkələrin ABŞ-nin nüvə bombardmançı təyyarələrini öz ərazilərində yerləşdirməyə hazır olduqları bildirilir.

Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik ətraflı açıqlama verilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax