Operativ Məlumat Mərkəzi

Paytaxtın yolları qardan təmizlənir

2 dəq
Paylaş:
Paytaxtın yolları qardan təmizlənir

Artıq bir neçə gündür ki, paytaxtda şaxtalı-qarlı qar yağması ilə əlaqədar Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri, eyni zamanda, qurumların kommunal xidmətləri gücləndirilmiş iş rejimində çalışırlar.

Bakı Şəhər İcra Hakimiyyətinin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, dünəndən etibarən intensiv yağan qarın təmizlənməsi istiqamətində operativ tədbirlər həyata keçirilir. Bununla əlaqədar olaraq gecə və saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə duz səpilir. Qardan təmizləmə işləri, həmçinin ətraf qəsəbələrdə də aparılır.

Səhər saatlarından kommunal xidmətlərin əməkdaşları metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini həyata keçirirlər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax