Operativ Məlumat Mərkəzi

Ordubadda xaraba Gilan şəhərinin yerində baş qala qapısı aşkar olunub - FOTO

2 dəq
Paylaş:
Ordubadda xaraba Gilan şəhərinin yerində baş qala qapısı aşkar olunub - FOTO

Ordubad rayonu ərazisində Xaraba Gilan şəhər yerində arxeoloji zamanı Naxçıvanın orta dövrünə aid maddi nümunələri edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Toğrul Xəlilovun rəhbərlik etdiyi ekspedisiya iyunun 2-dən arxeoloji qazıntılara başlayıb. Tədqiqat zamanı abidənin içəri şəhər hissəsinə və Narınqalaya gedən yolları aşkar olunub.

Müəyyən olunub ki, yolun eni 2 m 35 sm-dir. Yolun giriş hissəsində üzəri gəclə suvanmış arko formalı tikili də tapılıb. Eyni zamanda, yolun divarlarının gəclə suvandığı müəyyən edilib. Araşdırmalar zamanı yarımdairəvi tikililərə rast gəlinib. Bu tikililər abidənin özünəməxsus memarlıq üslubunda tikildiyini sübut edir.

Yarımdairəvi tikilinin uzunluğu 8 m-ə yaxın, hündürlüyü isə 1 m 50 sm-dir.

Abidədə aparılan tədqiqat zamanı dördkünc planlı tikili qalıqları və otaqlar da aşkar olunub. Tikili qalıqların öyrənilməsi zamanı məlum olub ki, abidə XII-XIII əsrlərdə dağıntıya məruz qalıb, sonradan bəzi hissələri çiy kərpiclə bərpa edilib.

Qazıntılar zamanı orta əsrlər dövrünə aid şirli və şirsiz keramika məmulatları, heyvan sümüyünün qalıqları, 1 ədəd mis sikkə, znqov formalı metal əşya və s. aşkar olunub. Bu maddi mədəniyyət nümunələri insanların burada uzun müddət yaşadığını sübut edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax