Operativ Məlumat Mərkəzi

Nazir Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb

2 dəq
Paylaş:
Nazir Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb

Böyük Britaniyaya səfəri çərçivəsində elm və təhsil naziri Londonda Dövlət Proqramı çərçivəsində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüş Respublikasının Böyük və Şimali İrlandiya Krallığındakı səfirliyində, fövqəladə və səlahiyyətli səfir Elin Süleymanovun iştirakı ilə baş tutub.

Nazir çıxışında Azərbaycanda elm və təhsil sahəsinə göstərilən davamlı dövlət qayğısını vurğulayaraq son illərdə həyata keçirilən islahatlar və yeniliklər barədə tələbələri məlumatlandırıb. Nazir, xüsusilə Universitetində yaradılan müasir tədris imkanlarına toxunub.

Emin Əmrullayev, həmçinin xaricdə təhsil üzrə Dövlət Proqramının 2028-ci ilədək uzadıldığını və bu çərçivədə tələbə sayının artırıldığını diqqətə çatdırıb.

Görüş zamanı tələbələrin suallarını cavablandıran nazir onları təhsillərini başa vurduqdan sonra Vətənə dönərək elmin və ali təhsilin inkişafına töhfə verməyə çağırıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr