Operativ Məlumat Mərkəzi

Naxçıvanla Türkiyə arasındakı sərhəd açıldı

2 dəq
Paylaş:
Naxçıvanla Türkiyə arasındakı sərhəd açıldı

sərhədindən Türkiyəyə gediş-gəlişə qadağa ləğv edilib.

“Operativ Məlumat Mərkəzi - OMM" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gündən Naxçıvan Muxtar Respublikasında Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən şəxsi avtomobillərin keçidinə icazə verilib. Lakin qeyd edilib ki, sərhədi keçmək istəyən şəxslər yalnız Naxçıvan MR vətəndaşları olmalıdır. Onlar öz avtomobilləri ilə sərhədi keçə bilərlər. Hələlik avtobusların gediş-gəlişinə qoyulan qadağa isə qüvvədə saxlanılıb.

Qeyd edək ki, koronavirus pandemiyası zamanı Azərbaycanın quru sərhədləri bütün qonşu üçün bağlansa da, Naxçıvan MR-dən İran və Türkiyəyə gediş-gəlişə icazə verilirdi. Lakin 2022-ci il iyulun 1-dən etibarən Naxçıvanda da yük maşınları istisna olmaqla digər avtomobillər üçün keçid dayandırılmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax