Əsas məzmuna keç

Naxçıvan sakininin səhv müalicə nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanılıb

Naxçıvan sakininin səhv müalicə nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanılıb

Respublikası Xəstəxanası” PHŞ-nin Kardioloji Mərkəzində müalicə alan Culfa rayonunun Gülüstan kənd sakini Elməddin Vəliyevin ölməsi ilə bağlı Naxçıvan şəhər Prokurorluğunda araşdırma aparılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı toplanmış sübutlara əsasən Elməddin Vəliyevdə aşkar sağ ağciyər xərçənginin həkimlər tərəfindən “Pnevmoniya” kimi qiymətləndirilməsi və patologiyanın müalicə tədbirlərindən kənarda qalması, eləcə də sağ ağciyərdə aşkar edilmiş patoloji kölgəliyin göbələk infeksiyası kimi qiymətləndirilməsi nəticəsində onun düzgün müalicə olunmamasına əsaslı müəyyən edilib.

Fakta görə Naxçıvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsilə başlanılaraq ibtidai istintaq aparılır.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…