Operativ Məlumat Mərkəzi

Monteneqro Ombudsmanı saxlanılan Azərbaycan vətəndaşının vəziyyətini nəzarətə götürüb

2 dəq
Paylaş:
Monteneqro Ombudsmanı saxlanılan Azərbaycan vətəndaşının vəziyyətini nəzarətə götürüb

Respublikasının İnsan Hüquqları və Azadlıqları Müdafiəçisi Sinişa Podqoritsa şəhərində vətəndaşının saxlanılması ilə bağlı Səbinə Əliyevanın məktubuna rəsmi qaydada cavab ünvanlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.

Monteneqro Ombudsmanı məsələnin nəzarətə götürüldüyünü, bununla əlaqədar həmin ölkənin Polis İdarəsi ilə birbaşa əlaqə yaratdığını və Azərbaycan vətəndaşına qarşı xüsusi həssaslıqla davranıldığını bildirib.

Bjekoviç etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət nitqi və ya düşmənçilik münasibətlərinin qarşısının alınması ilə bağlı məsələlər də daxil olmaqla, hər bir Azərbaycan Respublikası vətəndaşının hüquqlarının müdafiə olunacağını qeyd edib, saxlanılmış şəxslərlə bağlı aparılan istintaq və məhkəmə proseslərinin gedişatının onun mandatı çərçivəsində nəzarətdə saxlanılacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Monteneqronun paytaxtı Podqoritsa şəhərində iğtişaşlar baş verib. Nəticədə, Türkiyə vətəndaşları və bir nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax